SON DƏQİQƏ: Türkiyə yeni hərbi əməliyyata başladı

Türkiyə Daxili İşlər Nazirliyi “Kapan-9 Karer” əməliyyatına start verib.

ONN media xəbər verir ki, Bingöldə keçirilən əməliyyatlarda 1020 jandarm, polis və asayiş keşikçisi iştirak edir.

Əməliyyatın məqsədi bölgədə düşərgə salan PKK terrorçularını zərərsizləşdirmək və düşərgələrarası keçidləri bağlamaqdır.

Qeyd edək ki, Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Zap bölgəsində 2 PKK-çının avizərbələrlə öldürüldüyünü açıqlayıb.