ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Türklərə dəhşətli hücum – Çox sayda ölü və yaralı var -YENİLƏNDİ

SON DƏQİQƏ: Türklərə dəhşətli hücum – Çox sayda ölü və yaralı var -YENİLƏNDİ
20 Fevral 2020 - 11:41

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində 2 kafeyə edilən hücum zamanı ölənlərin sayı 11-ə çatıb.

ONN media xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

***

09:37

Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.

ONN media xəbər verir ki, qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.

Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.

Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.

“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.

Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.

Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png