Bu gün İrəvanda Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilir.
ONN media xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi və Ermənistan müdafiə naziri, habelə digər hökumət üzvləri iştirak edirlər.
TŞ-nin fövqəladə toplantısı Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə həsr olunub.
Xatırladaq ki, bir neçə gündür bu mövzuda danışıqlar aparılır. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə danışıqlar bu gün saat 14:00-da davam edəcək.
Bundan əlavə, bu gün Azərbaycan 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər mayın 20-dək davam edəcək.