ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: İran ordusuna dəhşətli hücum

SON DƏQİQƏ: İran ordusuna dəhşətli hücum
17 Sentyabr 2019 - 15:18

Suriyanın şərqində İran Hərbi Qüvvələrinə hücum edilib.

ONN media xəbər verir ki, nəticədə 10 İran əsgəri ölüb.

Bu barədə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidə Şurası (SOHR) məlumat yayıb.

Məlumatda hücumun Suriyanın şərqində İraq sərhədinə yaxın Əbu Kamal bölgəsində gerçəkləşdirildiyi qeyd olunub.

Hücumun kim tərəfindən təşkil olunduğu məlum deyil.

Qeyd edək ki, daha əvvəl eyni yerdə F-35 qırıcıları ilə aviazərbələr endirilmiş, nəticədə 18 İran əsgəri həlak olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png