SON DƏQİQƏ: Münbiçdə türk ordusuna dəhşətli hücum, şəhid və yaralılar var

PYD/YPG terrorçularının Münbiçə raket və top mərmiləri ilə hücumu nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 5 əsgər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçuların hücumu bu gün baş verib. Türkiyə ordusu cavab atəşi ilə 15 terrorçunu məhv edib.