ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Rusiyada təyyarə qəzası baş verdi

SON DƏQİQƏ: Rusiyada təyyarə qəzası baş verdi
20 Fevral 2020 - 8:46

Rusiyanın Maqadan şəhərində təyyarə qəzası baş verib.

ONN media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Maqadanda qalxan “An-2” təyyarəsi müəyyən yüksəkliyə qalxa bilmədiyi üçün sərt eniş edib və yerə çırpılıb.

Hadisə nəticəsində 7 nəfər ağır yaralanıb, bütün sərnişinlər xəstəxanalara aparılıb.

Qeyd edək ki, təyyarədə 14 nəfər olub, onlardan ikisi ekipaj üzvüdür.Hadisə ilə bağlı daha ətraflı məlumat verilməyib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png