Fransanın Lion şəhərində partlayış baş verib.
ONN media xəbər verir ki, öz mənbələrinə istinadən BFMTV telekanalı ən azı 7 nəfərin zərər çəkdiyini bildirib.
İlkin məlumatlara görə, minalanmış bağlama partlayışın səbəbi olub. Polis insanları hadisə yerindən uzaq durmağa çağırıb.