SON DƏQİQƏ: Türkiyədə 5 ballıq zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda yeraltı təkanlar qeydə alınıb.

ONN media   xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Bildirilib ki, gecə 21:06 radələrində 5 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 7 km dərinliyində baş verib.

Zəlzələ ətrafdakı üç vilayətdə hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.

İlkin məlumata görə, dağıntı və insan itkisi qeydə alınmayıb.