ONN İnformasiya Agentliyi

Stoltenberq: “Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”

Stoltenberq: “Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
18 Noyabr 2017 - 3:25
Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ ki, hazır deyillər.
ONN media-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın Qalifaks şəhərində keçirilən təhlükəsizlik üzrə beynəlxalq forumda bəyan edib.
“Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ ki, hazır deyillər. Lakin Alyans bu ölkələrlə müvafiq işlər aparır. Alyansa üzvü olmaq istəyən dövlətlər NATO standartlarına cavab verməlidirlər. Ukrayna və Gürcüstanda islahatlar tam şəkildə həyata keçirilməyib. Onlar müdafiə institutlarını  müasirləşdirməli, korrupsiyaya son qoymalı və demokratik təsisatları gücləndirməlidirlər”, deyə Y.Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, hazırda Alyans adıçəkilən məsələlərdə rəsmi Kiyev və Tbilisiyə yardım göstərir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png