ONN İnformasiya Agentliyi

Sülh müqaviləsi ilə bağlı Kremldən açıqlama

Sülh müqaviləsi ilə bağlı Kremldən açıqlama
24 Noyabr 2022 - 14:18

Ermənistan KTMT-də mütləq qalacaq.

ONN media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər şeyin razılaşdırıla bilməməsinə baxmayaraq, KTMT sammiti təşkilatın tələbini və canlılığını təsdiqlədi”, – deyə Peskov bildirib.

“Danışıqların, hazırda yaşadığımız anın mürəkkəbliyi, beynəlxalq münasibətlərdə və ümumilikdə beynəlxalq sistemdə paradiqmanın dəyişməsi ilə bağlıdır”, – Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Dmitri Peskov Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından danışarkən deyib:

“Rusiya çox mühüm rol oynamaqda davam edir. Rusiyanın bütün təklifləri tərəflər tərəfindən təsdiqlənib. Biz xidmətimizi, dayanıqlı nizamlanmaya nail olmaq üçün ölkələrin ehtiyac duyduğu dərəcədə göstərməyə davam edəcəyik. Ermənistan və Azərbaycanın sülh müqaviləsi ilə bağlı razılığa gəlməsi çox vacibdir. Əsas problem budur. Və biz hamımız bu problemi həll etmək üçün bir-birimizlə rəqabət aparmadan əlimizdən gələni etməliyik”.

Müqavilənin ilin sonuna qədər imzalanması perspektivini şərh edən Peskov deyib:

“Heç kim belə mürəkkəb müqavilənin imzalanmasını konkret tarixə uyğunlaşdırmağa çalışmır. Bu, səhv olardı. Əsas odur ki, o, dayanıqlı və etibarlı sənəd olsun”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png