Suriyada rejim qüvvələrinə aid təyyarə vuruldu – Pilot isə…

Xama və İdlib əyalətlərinin sərhədində Suriyanın hərbi hava güclərinə məxsus “Su-22” hərbi təyyarəsi vurulub.

ONN media xəbər verir ki, bu haqda “i24 News” bildirib.

İnformasiyaya görə, qırıcı “An-Nüsrə Cəbhəsi” terrorçularının başçılıq etdiyi “Tahrir aş-Şam” təşkilatının döyüşçüləri tərəfindən vurulub. Pilot tullanmağa vaxt tapsa da, o, əsir götürülüb.(axar.az)