ONN İnformasiya Agentliyi

Suriyada TERROR AKTI: 40 dinc sakin öldü – VİDEO

Suriyada TERROR AKTI: 40 dinc sakin öldü – VİDEO
28 Aprel 2020 - 23:12

Suriyanın şimal-qərbindəki Afrin rayonunda yanacaq sisterninin YPG/PKK terrorçuları tərəfindən partladılması nəticəsində azı 40 dinc sakin həlak olub, daha 47 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.
Nazirliyin məlumatına görə, ölənlərdən 11-i uşaqdır.

Bildirilir ki, partlayış Afrinin inzibati mərkəzinin ən izdihamlı küçələrindən birində – Raca prospektində olub. Hadisə zamanı ətrafdakı binalara ciddi zərər dəyib, yaxınlıqda yerləşən avtomobillər yanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, ölənlərin sayının artacağı güman edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png