ONN İnformasiya Agentliyi

Suriyalılar türk vətəndaşlığından imtina etdi

Suriyalılar türk vətəndaşlığından imtina etdi
01 Yanvar 2018 - 16:49

Türkiyədə kamplarda məskunlaşan 260 min suriyalı qaçqın vətəndaşlıq təklifindən imtina ediblər.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, suriyalı qaçqınlar bunu vətəndaş olduqdan sonra sığınacaq ev tapmaq çətinliyi və humanitar yardımların kəsiləcəyi ilə izah ediblər.

Suriya qaçqınlarının yalnız 15 faizi vətəndaşlıq təklifini qəbul ediblər. Türkman Dərnəyi başqanı Ayxan Barakın sözlərinə görə, təkcə Malatya şəhərində 9 mindən çox qaçqın düşərgədə qalır:

“Onların əsas problemi yaşamaq yeridir. Hazırda hər ailəyə 100 lirə yardım verilir, kommunal xərcləri qarşılanır.

Amma vətəndaşlıq aldıqdan sonra bu imtiyazlardan məhrum olunacaqlar. Hazırda Almaniyadan da Yunanıstan üzərindən Türkiyəyə suriyalı köçü var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png