ONN İnformasiya Agentliyi

Suriyanın daha bir bölgəsində atəşkəs elan edildi

Suriyanın daha bir bölgəsində atəşkəs elan edildi
29 Noyabr 2017 - 17:44

Suriyanın Şərqi Quta bölgəsində atəşkəs elan edilib.

ONN media xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Steffan de Mistura məlumat verib.

Onun sözlərinə görə, məsələ Suriya müxalifәtinin formalaşdırdığı Müzakirә Ali Komitәsi ilә Nasir Haririnin sәdrlik etdiyi nümayәndә heyәtinin tәxminәn bir saat davam edәn görüşündə müzakirə edilib:
“Tərəflər atəşkəs razılığı əldə ediblər. Razılaşmanı Dəməşq hökuməti də dəstəkləyib. Məsələni BMT-nin 5 daimi üzvü olan ABŞ, Çin, İngiltәrә, Fransa vә Rusiyanın nümayәndәlәri ilə də müzakirə etdim. Bu mәsәlә bizi olduqca narahat edir. İndi bunun reallaşıb-reallaşmayacağını görəcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png