Suriyanın paytaxtına hücum: Ölənlər var

Suriyanın paytaxtı Dəməşqin bir neçə səmtinə edilən silahlı hücumlar nəticəsində 3 dinc sakin ölüb, 13-ü isə yaralanıb.
ONN media xəbər verir ki, şəhərin Şağur bölgəsinə raket zərbələri endirilib.
Suveyda istiqamətində isə bir avtomobilin atəşə tutulduğu və hadisə yerində bir şəxsin öldüyü deyilib.
Bundan əlavə, yol kənarında quraşdırılan partlayıcının işə düşməsi nəticəsində də 2 mülki şəxs həyatını itirib.
Hücumlarla bağlı heç qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. (axar.az)