ONN İnformasiya Agentliyi

Şvartsenegger bu ölkədə universitetin fəxri professoru oldu

Şvartsenegger bu ölkədə universitetin fəxri professoru oldu
10 Oktyabr 2019 - 3:20

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartsenegger Rusiyanın “Sinerqiya” universitetinin fəxri professoru adına layiq görülüb.

ONN media xəbər verir ki, bu barədə “Moskva 24” saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Şvartsenegger bir çox insanlar üçün müəllimdir – kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə”, – rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartsenegger Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png