Təbrizli tələbələr sürgünə göndərildi

Təbriz Tibb Elmləri Universitetinin 8 tələbəsi təhsildən məhrum edilərək başqa şəhərlərə sürgün cəzasına məhkum olunublar.

ONN media xəbər verir ki, tələbələrin sürgünə göndərilmısi ilə bağlı qərarı Universitetin İnzibat Komissiyası verib.

Məlumata görə, qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmələrinə etiraz etdiklərinə görə onların 1 ildən 2 ilədək təhsillərini davam etdirməsinə qadağa qoyulub, Əhvaz, Simnan, Kaşan, Urmiya və Ərdəbil şəhərlərinə sürgün edilmələri barədə hökm çıxarılıb.