ONN İnformasiya Agentliyi

TƏCİLİ MƏLUMAT: İran Pakistana zərbələr endirdi

TƏCİLİ MƏLUMAT: İran Pakistana zərbələr endirdi
16 Yanvar 2024 - 21:42

İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib.

ONN media xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində “Ceyş ül-Ədl” (“Ədalət ordusu”: İran mediası bu hərəkatı gözdan salmaq üçün onun adını “Ceyş ül-Zülm” (Zalımlar ordusu) kimi yazır – red.) qruplaşmasının iki qərargahı məhv edilib.

Hücumun hədəfi Pakistanın Bəlucistan əyalətinin Koh Sabz adlanan ərazisidir və burada “Ceyş ül-Ədl” qruplaşmasının ən böyük qərargahlarından biri yerləşir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png