Tənbəl poçtalyon saxlanıldı- 8 ildir məktubları evində saxlayır

İtaliyada ən azı 8 ildir məktubları təslim etməyib toplayan poçtalyon saxlanılıb.

ONN media xəbər verir ki, İtaliyanın Vicenza şəhərində yaşayan poçtalyonun evində və qarajında cəmi 573 kq ağırlığında məktub tapılıb.

Adı açıqlanmayan 56 yaşlı neapollu poçtalyonun evində 2010 bələdiyyə seçkilərinə aid kampaniya bukletləri ilə yanaşı, çox sayda hesab, vergi forması, məktub kimi sənədlərə rast gəlinib.

Poçtalyon könüllülər sayəsində ifşa olunub.

Vicenza poçtuna təslim edilən məktubların gec də olsa sahiblərinə təslim ediləcəyi açıqlanıb.

Qeyd edək ki, İtaliyada 2013-ci ildə də Sardiniya adasında bir kənddə yaşayan poçtalyonun 400 kq ağırlığındakı məktubu təslim etməyib evində topladığı ortaya çıxmışdı.

Poçtalyonu tanıyanlar isə tənbəlliyi səbəbindən məktubları  təslim etmədiyini söyləmişdi.