ONN İnformasiya Agentliyi

Təyyarə 5 saat yubandı- Səbəb nədir?

Təyyarə 5 saat yubandı- Səbəb nədir?
03 Yanvar 2024 - 10:32

“Peqasus” aviaşirkətinin Bakı-İzmir reysi 5 saata yaxın gecikir.

Bu barədə sərnişinlər məlumat verib.

Bildirilib ki, bu gün saat 03:15-də Bakıdan qalxmalı olan təyyarə İzmirin Adnan Menderes hava limanındakı duman səbəbindən 7:50-yə ertələnib.

Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub.

Sərnişinlərə geri qayıdıb, yenidən gəlməyə də izn verilmir.

Qeyd edək ki, “Peqasus” aviaşirkəti vaxtaşırı olaraq bu cür gecikmələrlə sərnişinlərində narazılıq yaradır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png