ONN İnformasiya Agentliyi

Təyyarə təcili eniş etdi- SƏBƏB İSƏ…

Təyyarə təcili eniş etdi- SƏBƏB İSƏ…
03 Yanvar 2024 - 15:17

Moskvadan Mahaçqalaya uçan Ural Hava Yollarına məxsus təyyarə texniki səbəblərdən Volqoqrad hava limanına məcburi eniş edib.

ONN media xəbər verir ki, bu barədə hava limanının sözçüsü Anastasiya Qolodova deyib.

Onun sözlərinə görə, təyyarə təhlükəsiz eniş edib:

“Ural Hava Yollarına məxsus A320 təyyarəsinin ekipajı sərnişin salonunda təzyiqin düşdüyünü bildirib və Volqoqradın alternativ aerodromuna getmək qərarına gəlib.

Digər uçuş səviyyəsinə endikdən sonra kabinədəki təzyiq normal vəziyyətə düşüb. Təyyarə Moskva vaxtı ilə saat 11:54-də Volqoqradda təhlükəsiz eniş edib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png