Təyyarə tırla toqquşdu – 1 nəfər…

Almaniyada tək mühərrikli təyyarə tırla toqquşub.

ONN media xəbər verir ki, qəzaya səbəb təyyarənin magistral yola məcburi eniş etməsi olub.

Hadisə nəticəsində pilot yüngül yaralansa da, tır sürücüsü xəsarət almayıb.
Qəzadan sonra hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları göndərilib.

Qəzet 72 yaşlı pilotun Almaniyanın Reynland-Pfalts əyaləti üzərindən Fransadan Hollandiyaya uçduğunu yazıb.

Qəza nəticəsində dəymiş zərərin məbləğinin təxminən 60 min avro (təxminən 115000 AZN-dən çox) olduğu açıqlanıb.