Tanınmış alim vətənə xəyanətə görə həbs olundu

Rusiyada tanınmış alim həbs edilib.

ONN media xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun baş elmi işçisi Anatoli Maslov Novosibirsk vilayətində saxlanılıb.

75 yaşlı alim vətənə xəyanətdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda onunla bağlı istintaq araşdırması aparılır.