ONN İnformasiya Agentliyi

Tanınmış aparıcı kanaldan qovuldu

Tanınmış aparıcı kanaldan qovuldu
25 Avqust 2019 - 20:42

Misirin tanınmış teleaparıcısı Riham Səid çəkisi artıq olan qadınları təhqir etdiyinə görə efirdən kənarlaşdırılıb.

ONN media xəbər verir ki, aparıcının efirdən kənarlaşdırılması barədə qərarı Misirin Teleradio yayımı üzrə Ali Şurası verib.

Qeyd olunur ki, “Al Hayat” telekanalının yayımladığı “Sabaya” verilişində Riham Səid deyib ki, “kök qadınlar öz qadınlıqlarının bir hissəsini itirirlər, onlar həm ailələrinə, həm də dövlətə yük olurlar və onlara baxmaq xoş olmur”.

Tanınmış aparıcının bu sözləri ictimaiyət arasında böyük narazılığa səbəb olub. Efirdən kənarlaşdırılan aparıcı Feysbukdakı hesabı vasitəsilə videobəyanatla çıxış edərək sözlərinin təhrif olunduğunu, düz başa düşülmədiyini bildirərək, tamaşaçılardan üzr istəyib və işdən ayrıldığını deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png