Tarkan qızının üzünü ilk dəfə göstərdi – FOTO

Meqastar Tarkan qızı Liya ilə yeni fotosunu paylaşıb.

ONN media xəbər verir ki, doğulduğu gündən bu yana 1,5 yaşlı körpəsinin üzünü hərkəsdən gizlədən sənətçi bu dəfə pərəstişkarlarını sevindirib.

Bu dəfə ifaçı uşağın üzünü qismən göstərib. Onun “Xeyirli həftəsonu” başlıqlı paylaşımı qısa zaman ərzində yarım milyondan çox bəyənmə alıb.(Teleqraf.com)