Tayvanda 5 min ördək məhv edildi – SƏBƏB

Tayvanın cənubunda fermaların birində “quş qripi” ilə əlaqədar 5 min ördək məhv edilib.

ONN media bildirir ki, Vandan şəhəri yaxınlığındakı fermaların birində H5N2 quş qripi virusu ştammı aşkar edilib.

Qeyd olunur ki, fermada ümumilikdə 5 119 ördək məhv edilib.

Həmin fermada, eləcə də qonşu fermalarda sterilizə əməliyyatları keçirilib.