ONN İnformasiya Agentliyi

Teraktı törədən 2 nəfər saxlanıldı

Teraktı törədən 2 nəfər saxlanıldı
23 Mart 2024 - 10:30

Moskvada “Krokus Siti Holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.

ONN media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər Bryansk vilayətində saxlanılıblar.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png