Terrorçular Türkiyəyə raket atdı

PKK terror təşkilatı Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis sərhəd xəttinə raket atıb.

ONN media xəbər verir ki, raket Öncüpınar məhəlləsindəki zeytunluğa düşüb.

Terrorçuların hücumuna Türkiyə Silahlı Qüvvələri top atışları ilə qarşılıq verib.

Terrorçuların atdığı ikinci raket isə Reyhanlı qəsəbəsinin Bükülməz məhəlləsinə düşüb.

Hücumlar zamanı hansısa ölüm faktı qeydə alınmayıb.