Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə Tiflisdə “Avropa üçün birlikdə” şüarı altında mitinq keçirilir.
ONN media yerli mediaya istinadən xəbər verir ki, aksiya iştirakçılarının əlində Gürcüstan və AB bayraqları var.
Aksiya başlamazdan əvvəl ölkə parlament binasına doğru yürüş edilib. Erirazçılar hakimiyyətdən Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsini, “Mtavari” telekanalının baş direktoru Nika Qvaramiyanın və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin, eləcə də mart aksiyasının iştirakçısının azad edilməsini tələb edirlər.