Tiflisdə yenidən etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tiflisdə yenidən müxalifətin mitinqi keçirilib.

ONN media xəbər verir ki, nümayişçilər “Köləliyə yox”, “Hərbi xidmətə yox” plakatları ilə orduda könüllü xidmətin tətbiqini tələb ediblər.

Qeyd edək ki, ölkə parlamenti martın 20-dən sonra Müdafiə Məcəlləsinin yenilənmiş variantına birinci oxunuşda səs verəcək.