ONN İnformasiya Agentliyi

Tokayev aksiyalarda tutulan şəxslərlə bağlı göstəriş verdi

Tokayev aksiyalarda tutulan şəxslərlə bağlı göstəriş verdi
14 Yanvar 2022 - 22:40

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayını açıqlayıb.

Qazaxıstan Prezidenti bu barədə tvitter səhifəsində məlumat verib.

O bildirib ki, aksiyalarda və ondan sonra elan olunan fövqəladə vəziyyət zamanı müxtəlif qanun pozuntularına görə 2 minə yaxın insan saxlanılıb.

“Ağır cinayət törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaqlar. Digər şəxslərin təqsirinin dərəcəsini müəyyənləşdirmək barədə Baş Prokurorluğa göstəriş verilib. Ağırlaşdırıcı hallar olmadıqda, cəzanı yüngülləşdirmək üçün tədbirlər görüləcək”, – Qazaxıstan Prezidenti Tokayev bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png