Tokayevdən sensasiya: “Ermənilərlə hətta dil ortaqlığımız var”

Ermənistana böyük simpatiya ilə yanaşıram.

ONN media xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə açıqlamasında Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev deyib.

“Mən Ermənistana böyük simpatiya ilə yanaşıram, bir müddət əvvəl Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, təxminən 5 dəqiqə sonra o mənə zəng etməlidir. Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram”, – deyə o bildirib.(axar.az)