Tonoyan Ermənistandan qaçdı və…

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın sabiq Müdafiə naziri David Tonoyan ölkəni tərk edib.

ONN media xəbər verir ki, bu barədə Ermənistana məxsus “Telegram” kanalı məlumat yayıb.

Vurğulanıb ki, keçmişdə belə bir önəmli vəzifəni daşıyan şəxs, rəhbərliyin icazəsi olmadan ölkəni tərk edə bilməzdi.

Bu səbəbdən ona cinayət işinin açılmayacağı bildirilir.