ONN İnformasiya Agentliyi

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
12 Fevral 2024 - 20:58

Filippinin cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb.

ONN media xəbər verir ki, hökumətin açıqladığı rəsmi rəqəmlərə görə, bazar ertəsi palçıqdan ondan çox cəsəd çıxarılıb.

Mədən işçiləri və kəndlilər də daxil olmaqla 51 nəfər hələ də itkindir. Səlahiyyətlilər itkin düşənlərin hamısı çıxarılana qədər axtarışları davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, torpaq sürüşməsi Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verib. Davao de Oro əyalətinin rəsmisi Edvard Makapili bildirib ki, xilasetmə işlərinə 300-dən çox adam cəlb olunub, lakin güclü yağış, palçıq və növbəti sürüşmə təhlükəsi əməliyyatlara mane olur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png