Toy karvanında DƏHŞƏTLİ QƏZA-ölənlər var

Gəlin və 10 rəfiqəsi toy günü yol qəzasında ölüb.

ONN media xəbər verir ki, Hadisə Nigeriyanın şimal-qərbində yerləşən Kano şəhərində baş verib. Belə ki, gəlin və onun rəfiqələrini aparan avtomobil yol qəzasına düşüb. Sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini şlaqbauma çırpıb. Səkkiz qız hadisə yerində ölüb, daha üçü isə xəstəxanada keçinib. Eyni zamanda üç qadın və sürücü yaralanıb.

İlkin araşdırmalara görə, qəzaya sürət həddini aşmaq səbəb olub.