ONN İnformasiya Agentliyi

Tramp ABŞ-ı həbsxanadan idarə edə bilər – Şok

Tramp ABŞ-ı həbsxanadan idarə edə bilər – Şok
10 May 2023 - 14:32

Dünən ABŞ-ın sabiq prezidenti Donald Tramp Nyu York məhkəməsi tərəfindən zorlama cəhdində və böhtan atmaqda təqsirli bilinib. İddiaçının vəkilləri təzminat üçün 2.7 milyon dollar istəyirdilər, məhkəmə isə təzminatın məbləğini 5 milyon dollar təyin etdi.

ONN media xəbər verir ki, dünənki qərar siyasi baxımdan önəmlidir. Çox böyük ehtimalla Tramp 2024-cü ildə prezident seçkilərində Respublikaçılar Partiyasının vahid namizədi olacaq. Tarixdə ilk dəfə olaraq prezidentliyə namizədliyini irəli sürən şəxs rəsmən cinayətkar olacaq.

Hazırda Trampa qarşı bir necə məhkəmə prosesi gedir:

– Nyu York ştatının Baş prokuroru Letisiya Ceyms “Trump Organization” şirkətinə qarşı mülki dələduzluq ittihamını irəli sürüb.

Trampın əlverişli kreditləri əldə etmək üçün “Trump Organization” şirkətinin illik hesabat göstəricilərində dəyişikliklər etdiyi iddia edilir.

Məhkəmə payızda olacaq.- 2020-ci il prezident seçkiləri zamanı Trampın Corciya ştatında seçkilərə müdaxilə cəhdinə görə cinayət işi açılıb. Bu işdə maraqlı səs yazısı mövcuddur.

Səs yazısında Tramp Corciya ştatının dövlət katibinə deyir:

“Qələbə üçün mənə 11780 səs lazımdır, onları tapın”.

İttiham yayda irəli sürülücək.- Trampın Florida ştatında yerləşən villasında FTB əməkdaşları tərəfindən məxfi sənədlər aşkar edilib. Tramp bu sənədləri Ağ Evdən oğurlayaraq uzun müddət ərzində evində gizlədib.

Faktla bağlı araşdırma gedir.

– 2020-ci il seçkilərində uduzandan sonra Trampın tərəfdarları dövlət çevrilişinə cəhd etmişdilər. 6 yanvar 2021-ci il tarixində ABŞ-ın qanunverici orqanı olan Konqresə hücum baş vermişdi.

Qiyam yatırılıb, qiyamçılar həbs olundu, hazırda bu qiyamda Trampın rolu araşdırılır.Son 2 iş üzrə istintaqlar 1 işə birləşdirilib və ABŞ-ın Baş prokuroru Merrik Qarland istintaq üzrə xüsusi prokuror təyin edib.Bütün bu məhkəmələr və istintaqlar əlbəttə ki, Trampı seçkilərə qədər və seçkilər zamanı çox yoracaq.

Qanunvericiliyə gəlincə, hətta Trampın mümkün olan həbsi ona seçki kampaniyasında və seçkilərdə iştirak etməyə mane olmayacaq. Qanunvericilik həbsdə olarkən seçkidə iştirak etməyə və seçilməyə imkan verir.

ABŞ Konstitusiyanı yazanların ağlına da gələ bilməzdi ki, nə vaxtsa məhkəmə tərəfindən cinayətkar elan edilən şəxs prezidentliyə gerçək namizəd ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png