Trampın komandası BMT Baş Assambleyasının Qüdslə bağlı qərarına müvafiq cavablar verməyə hazırlaşır.
ONN media xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert çıxış edib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası hələ ki, Qüdsün İsrailin paytaxtı tanınmaması ilə bağlı qətnaməni dəstəkləyən ölkələrə maliyyə yardımını ləğv etmək haqqında qərar verməyib.
H.Nauert onu da bildirib ki, BMT-dəki səsvermə ABŞ-ın qərarına yenidən baxması üçün elə də yeganə faktor hesab edilmir: “Tramp administrasiyası hazırda qərara səs verən ölkələrlə münasibətlərinə bu və ya digər formada baxmağı öyrənir. Trampın komandası həmçinin BMT-nin bu qərarına müvafiq cavab verilməsi üzərində çalışır. Odur ki, müxtəlif variantlar ola bilər. Lakin indiki halda hər hansı konkret qərar verilməyib”.
BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı müzakirəyə çıxarılan qətnaməyə 128 ölkə əleyhinə, 9 ölkə lehinə, 35 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, BMT-də səsvermədən öncə ABŞ-ın bu qurumdakı təmsilçisi Nikki Heyli bildirib ki, hansı ölkə qərarı dəstəkləməsə ABŞ həmin ölkələrə maliyyə dəstəyini kəsəcək.