Tramp “İlin adamı” olmaqdan imtina etdi – Qalmaqal

ABŞ Prezidenti Donadl Tramp “Taym” dərgisi üzrə “İlin adamı” seçilməsindən imtina edib.

ONN media xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tramp Tvitter hesabında yazıb.

O bildirib ki, “Taym” jurnalının rəhbərliyi buna görə onunla telefon əlaqəsi saxlayıb: “Ötən ilki kimi bu dəfə də məni “İlin adamı” seçmək istəyirdilər. Onlara dedim ki, bu, yaxşı variant deyil və imtina etdim. Hər şeyə görə çox sağ olun”.

Ancaq nəşr prezidentin bu sözlərini yalanlayıb: “Prezident bizim seçimimizi düzgün izah etməyib. “Taym” jurnalı dekabrın 6-da baş tutacaq seçimdən əvvəl heç bir namizədlə əlaqə saxlamır”.