Tramp noyabrın 15-də “böyük bəyanat”la çıxış edəcək

ABŞ prezidenti Donald Tramp Asiya turnesindən Vaşinqtona qayıdan zaman Şimali Koreya üzrə “böyük bəyanat”la çıxış edəcək.
ONN media “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABC telekanalı bildirib.
Bəyanatın çərşənbə günü – noyabrın 15-də verilməsi gözlənilir.
Qeyd edək ki, Ağ Ev lideri Asiya ölkələrinə səfəri zamanı dünya ölkələrini Şimali Koreyanın raket və nüvə proqramına qarşı birləşməyə çağırıb.