ONN İnformasiya Agentliyi

Tramp Putini təbrik edib

Tramp Putini təbrik edib
20 Mart 2018 - 20:23

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ONN media-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Ev telefon danışığının olduğunu təsdiqləyib.

D. Tramp prezident seçkilərində qələbə münasibəti ilə V. Putinin təbrik edib.

Qeyd edək ki, bundan əvvəl D. Trampın köməkçisi Xoqan Qidli ABŞ prezidentinin hələ ki, Rusiyada prezident seçkilərində qələbəsi ilə bağlı V. Putinlə telefonla danışmağı planlaşdırmadığını bildirmişdi.

Rusiyada prezident seçkiləri martın 18-də keçirilib və hazırkı prezident V. Putin 76,68 faiz səs toplayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png