ONN İnformasiya Agentliyi

Tramp Ruhanini İrandakı aksiya iştirakçılarının ƏLİNDƏN QURTARDI

Tramp Ruhanini İrandakı aksiya iştirakçılarının ƏLİNDƏN QURTARDI
02 Yanvar 2018 - 12:06

Son günlər İranda baş verən kütləvi etirazlara münasibət bildirən ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyəti daha da gərginləşdirib.

ONN media xəbər verir ki, dünyada baş verən hadisələrə özünün Tvitter səhifəsindən münasibət bildirməyi sevən Tramp bu dəfə də İrandakı sosial etirazları dəstəkləyən tvitlərlər paylaşıb.

Sözügedən tvitlərdən sonra etirazçıların mövqeyi 180 dərcədə dəyişib. Belə ki, etirazçılar İran hakimiyyətinin əleyhinə çıxışlar etdikləri halda, bir anda ABŞ-a, xüsusilə də Donald Trampa qarşı şüarlar səsləndirməyə başlayıblar.

Xatırladaq ki, İranda dekabr ayının 28-dən küçələrə çıxan etirazçılar ölkədəki sosial duruma, korrupsiyaya etiraz edirlər. Aksiyada bu günə qədər 10-dan artıq mülki şəxs və bir polis əməkdaşı ölüb.(Publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png