ONN İnformasiya Agentliyi

Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi

Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi
21 Avqust 2019 - 0:02

ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib.

ONN media xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.

Donald Tramp bildirib ki, Rusiyanın G8-ə qaytarılmasına etiraz etməyəcək.

“Mən düşünürəm ki, Rusiyanın G8-də olması daha məqsədəuyğun olardı”, – deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, Rusiya ABŞ prezidenti Barak Obamanın vaxtında G8-dən çıxarılmışdı, çünki Rusiya lideri Vladimir Putin onu aldadıb.

Qeyd edək ki, 2014-cü ildə Krımın ilhaqı və Donbas münaqişəsindən sonra Rusiya G8-dən çıxarılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png