ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edib.
ONN media xəbər verir ki, bu haqda ABŞ prezidenti tvitter səhifəsində bildirib.
Telefon söhbətində Suriya üzrə ABŞ-Türkiyə razılaşması müzakirə edilib.
Ağ Evin başçısı həmçinin Ərdoğanın dünənki açıqlamasına cavab verib. Türkiyə prezienti amerikalı həmkarına müraciət edərək bəşəriyyətin əsas düşməni – terrorizmə qalib gəlməyə çağırmışdı.
“Terrorizmi məğlub edək!”, – Tramp cavabında yazıb.