Tramp və Ərdoğan telefonda danışdılar – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edib.

ONN media  xəbər verir ki, bu haqda ABŞ prezidenti tvitter səhifəsində bildirib.

Telefon söhbətində Suriya üzrə ABŞ-Türkiyə razılaşması müzakirə edilib.

Ağ Evin başçısı həmçinin Ərdoğanın dünənki açıqlamasına cavab verib. Türkiyə prezienti amerikalı həmkarına müraciət edərək bəşəriyyətin əsas düşməni – terrorizmə qalib gəlməyə çağırmışdı.

“Terrorizmi məğlub edək!”, – Tramp cavabında yazıb.