ONN İnformasiya Agentliyi

Tramp verdiyi vədi pozdu: Kürdlərə silah yardımı

Tramp verdiyi vədi pozdu: Kürdlərə silah yardımı
28 Noyabr 2017 - 10:48

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana YPG-yə silah yardımının dayandırılması ilə bağlı verdiyi vədindən 3 gün sonra Suriyanın şimalına doğru hərəkət edən yeni TIR-lar görüntülənib.

ONN media  Teleqraf.com-a istinadla xəbər verir ki, görüntülərdəki 100 TIR-ın ABŞ Mərkəzi Qüvvələr Komandanlığına məxsus olduğu bildirilib.

İddialara görə, silah dolu TIR-lar YPG döyüşçüləri olan bölgəyə gedib.

Pentaqonun sözçüsü Erik Pahon yayılan məlumatı təsdiqləyib: “Kürd tərəfdaşlarımıza İŞİD terror təşkilatını məğlub etmək üçün yardımı davam etdirəcəyik. Əsas odur ki, İŞİD geri dönməsin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png