Tramp: “Yeni müdafiə naziri…”

ABŞ prezidenti Donald Tramp ölkənin yeni müdafiə nazirinin adını açıqlayıb.

ONN media xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitterdə yazıb. Pentaqonun yeni rəhbəri Mark Esper olacaq.

“Mən Markı tanıyıram və inanıram ki, o, fantastik iş görəcək”, – deyə Tramp yazıb.