ONN İnformasiya Agentliyi

Trampdan Ərdoğana ŞOK MƏKTUB: oxumadan zibil qutusuna atdı

Trampdan Ərdoğana ŞOK MƏKTUB: oxumadan zibil qutusuna atdı
17 Oktyabr 2019 - 12:44

ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana SDQ ilə Türkiyə arasında vasitəçilik məqsədilə göndərdiyi məktub Qərb mətbuatında yayılıb.

ONN media xəbər verir ki, sözügedən məktub diplomatik nəzakət qaydalarına uyğun olmayan üslubu ilə diqqət çəkib.

Trampın Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdiyi məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahinlə görüşməsi tövsiyə edilib, keşiş Branson dönəmi xatırladılıb və “sizinlə razılığa gələ bilərik” ifadəsinə yer verilib.

Trampın məktubunda diqqət çəkən bir digər məqam isə məktubun tarixi olub. Belə ki, məktub 9 oktyabr 2019-cu il tarixində – “Sülh çeşməsi” əməliyyatının başladığı gün yazılıb.

Türkiyə mətbuatı Ərdoğanın təklifi rədd etdiyini və məktubun birbaşa zibil qutusuna atıldığını, həmçinin, məktuba cavab olaraq 9 oktyabrda əməliyyat başladıldığını vurğulayıb.

Məktubun tam mətnini təqdim edirik:

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png