ONN İnformasiya Agentliyi

Trampdan GÖZLƏNİLMƏZ SÖZLƏR: Ərdoğan…

Trampdan GÖZLƏNİLMƏZ SÖZLƏR: Ərdoğan…
17 Oktyabr 2019 - 23:53

Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

ONN media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evin başçısı Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost adlandırıb.

Tramp daha əvvəl isə “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar olaraq Türkiyəni təhdid etmiş və iqtisadiyyatını məhv edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.

Tramp görüşlə bağlı tvitində “Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək”, yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png