ONN İnformasiya Agentliyi

Trampın bu fotosu səs-küy yaratdı

Trampın bu fotosu səs-küy yaratdı
11 Dekabr 2019 - 18:54

ABŞ prezidenti Donald Trampla Rusiya Xarici işlər naziri Sergey Lavrovun fotosu əks-səda yaradıb.

ONN media xəbər verir ki, rəsmilərin danışıqlardan sonra Oval kabinetdə çəkdirdiyi fotonu bəziləri diplomatik protokola zidd adlandırıb. Belə ki, onlar Lavrovun ayaq üstə durmasını etik saymayıblar.

Diplomatik xidmət jurnalının baş redaktoru Vladimir Vinokurov isə bunun əksini düşünür:

“Tramp, Oval kabinetin rəhbəri kimi çıxış edərək qonaq qəbul edib. Uzun fasilədən sonra Xarici işlər nazirinin ABŞ prezidenti ilə görüşünün baş tutmasına diqqət yetirmək daha əhəmiyyətlidir”.

Qeyd edək ki, Tramp, Rusiya Xarici işlər naziri Sergey Lavrovla Vaşinqtonda keçirdiyi görüşdən sonra Tvitter səhifəsində “çox yaxşı görüş”ün baş tutduğunu yazaraq, foto əlavə etmişdi.

Xatırladaq ki, S.Lavrov dünən ABŞ-a səfər edib. O, Trampla yanaşı, dövlət katibi Mayk Pompeo ilə də görüşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png