ONN İnformasiya Agentliyi

Trampın getdiyi hərbi bazaya raket atdılar

Trampın getdiyi hərbi bazaya raket atdılar
03 Mart 2021 - 12:03

İraqın qərbində yerləşən Ənbər vilayətinə raket zərbələri endirilib.

ONN media  xəbər verir ki, ABŞ əsgərlərinin hərbi bazası olan Eyn əl-Əsədə 10 raket düşüb.

Məlumatı dərc edən İraq rəsmi informasiya agentliyi hücumun kim tərəfindən təşkil olunduğu və dəyən zərər barədə bilgi verməyib.

İraq hökuməti də məsələ ilə bağlı mövqeyini bildirməyib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 26 dekabr 2018-ci ildə Eyn əl-Əsədə sürpriz səfər etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png